rusiyanın 2-ci qərb dairə hərbi məhkəməsində “crocus city hall”da törədilmiş dəhşətli terror aktı ilə bağlı keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxslər üçün ən ağır cəzanı tələb edib.
“arhd.media” tass-a istinadən xəbər verir ki, bu barədə zərərçəkmişlərin vəkili daniel qotye məlumat verib.
məlumata görə, prokuror terror aktının dörd birbaşa icraçısı – şəmsiddin fariduni, dalerjon mirzoyev, məhəmmədsobir fayzov və səidakram murodali raçabalizodanın ömürlük azadlıqdan məhrum edilməsini və cəzanın xüsusi rejimli koloniyada çəkilməsini istəyib. fevralın 16-da məhkəmə iş üzrə qapalı müzakirələrə başlayıb.
xatırladaq ki, 22 mart 2024-cü ildə moskva vilayətinin krasnoqorsk şəhərində yerləşən “crocus city hall”da baş verən terror hücumu nəticəsində 149 nəfər həlak olub, 600-dən çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb. hadisə zamanı konsert zalına dəyən maddi ziyanın miqdarı təxminən 6 milyard rubl (təqribən 110 milyon manat) dəyərində qiymətləndirilir.























