“hizbullah” hərəkatı abş və iran arasında artan gərginlik fonunda gözlənilməz mövqe nümayiş etdirərək, mümkün hərbi əməliyyatlara münasibət bildirib.
“arhd.media” afp agentliyinə istinadən xəbər verir ki, təşkilatın rəsmi nümayəndəsi abş-nin irana qarşı həyata keçirə biləcəyi “məhdud” hərbi zərbələr zamanı prosesə müdaxilə etməyəcəklərini açıqlayıb.
hərəkat rəsmisi bildirib ki, əgər zərbələr yalnız müəyyən hərbi hədəflərlə məhdudlaşarsa və genişmiqyaslı müharibəyə çevrilməzsə, “hizbullah” kənarda qalacaq.
bununla belə, livan qruplaşması özünün əsas şərtini də irəli sürüb:
“iranın ali rəhbəri ayətullah seyid əli xameneiyə qarşı hər hansı birbaşa hücum və ya iran hakimiyyətini devirmək cəhdi “hizbullah” üçün qırmızı xətt hesab olunacaq. belə bir ssenari baş verərsə, təşkilat dərhal hərbi əməliyyatlara qoşulacaq”.
qeyd edək ki, sözügedən açıqlama israilin livanın mülki infrastrukturuna zərbə endirə biləcəyi ilə bağlı xəbərdarlıqlarından sonraya təsadüf edir.























