“türkiyə abş tərəfindən irana hücum olunacağı təqdirdə islam respublikasının ərazisinə müdaxilə etməyi planlaşdırmır”.
“arhd.media” xəbər verir ki, bu barədə türkiyə müdafiə nazirliyi məlumat yayıb.
“bəzi mətbuat orqanlarında və sosial şəbəkələrdə abş tərəfindən irana hücum olunacağı təqdirdə, türkiyənin təhlükəsizlik məqsədilə iran ərazisinə müdaxilə planlaşdırdığına dair yayılan iddialar həqiqəti əks etdirmir”, - nazirlikdən bildirilib.
qurum türkiyənin regiondakı bütün münaqişələrin sülh yolu ilə həlli və burada sabitliyin bərqərar olması üçün səylərini davam etdirdiyini bəyan edib.
xatırladaq ki, daha əvvəl bəzi kiv-də abş ilə münaqişənin kəskinləşəcəyi təqdirdə ankaranın iranda bufer zonası yaradılması planları hazırladığı məlumatları yayılmışdı.






















