tehran və vaşinqton bu gün cenevrədə keçirilən danışıqlar zamanı iranın nüvə dosyesi üzrə təqdim etdikləri təkliflərə “yaşıl işıq” yandırıblar.
“arhd.media” xəbər verir ki, bu barədə “ria novosti” iranın dövlət teleradio şirkətinə istinadən məlumat yayıb.
“oman tərəfinin bəyanatına əsasən, hər iki tərəf bir-birinin təkliflərinə “yaşıl işıq” yandırıb. bu mənim öz şərhimdir”, - iran yayımçısının müxbiri bildirib.
hazırda tərəflərin məsləhətləşmələr aparmaq üçün fasilə götürdükləri bildirilir. danışıqlar günün ikinci yarısında davam etdiriləcək.
qeyd edək ki, danışıqlar omanın vasitəçiliyi ilə keçirilir.























