iran israilə qarşı raket hücumlarına başlayıb.
“arhd.media” xəbər verir ki, bu barədə israil ordusunun açıqlamasında deyilir.
bildirilib ki, irandan israilə raketlərin atıldığı aşkar olunub və hava hücumundan müdafiə sistemləri onları zərərsizləşdirmək üçün işə salınıb.
hücuma məruz qalan ərazilərdə mobil telefonlara xəbərdarlıq mesajları göndərilib və siqnalizasiya səsi eşidilən yerlərdə sakinlərə sığınacaq axtarmaları tövsiyə olunub.
“israil hayom” qəzeti irandan israilə dörd raket atıldığını bildirib.
daha sonra ikinci raket hücumu da qeydə alınıb və müdafiə sistemləri yenidən fəaliyyətə keçib.






















