israil hərbi hava qüvvələri tehranda iranın keçmiş ali lideri seyid əli xameneinin təyyarəsini məhv edib.
“arhd.media” xəbər verir ki, bu barədə israil ordusunun mətbuat xidmətinin “x” sosial şəbəkəsindəki hesabında paylaşdığı bəyanatda deyilir.
bildirilir ki, paytaxtda yerləşən mehrabad hava limanına gecə saatlarında həyata keçirilmiş hücum nəticəsində hökumət təyyarəsi zərbə nəticəsində məhv edilib.
israil tərəfi bu təyyarədən iranın keçmiş ali lideri ayətullah əli xamenei və digər yüksəkrütbəli iran rəsmilərinin istifadə etdiklərini açıqlayıb.
qeyd edək ki, israil ordusu əvvəlki günlərdə də bir neçə dəfə mehrabad hava limanına zərbələr endirib. həmin vaxt radiolokasiya sistemlərinin, hava hücumundan müdafiə sistemlərinin, hərbi və hərbi-nəqliyyat təyyarələrinin məhv edildiyi açıqlanmışdı.























