iranın "xatəm əl-ənbiya" mərkəzi qoşun qərargahının komandanı, general-leytenant əli abdullahi abş prezidenti donald trampın təhdidləri fonunda tehranın abş və israilə sərt cavab verməyə hazır olduğunu bəyan edib.


arhd.media xəbər verir ki, müvafiq açıqlamanı irna agentliyi yayıb.


onun sözlərinə görə, münaqişənin əvvəlindən iran tərəfi verdiyi bütün vədləri yerinə yetirib. əli abdullahi əlavə edib ki, abş və israilə ünvanlanan mesajda onlar üçün "cəhənnəm qapılarının açılacağı" barədə xəbərdarlıq edilib.


"bu müharibənin başlanğıcından bəri vəd etdiyimiz hər şeyi icra etmişik və budur bizim sadə mesajımız: cəhənnəm qapıları sizin üçün açılacaq", - deyə o bildirib.


əli abdullahi həmçinin vurğulayıb ki, iranın enerji infrastrukturu obyektlərinə hər hansı zərbə islam respublikası tərəfindən sərt cavab tədbirlərinə səbəb olacaq. onun sözlərinə görə, belə bir halda abş və israilin regiondakı bütün obyektləri hədəfə alınacaq.

Baxış sayı: 2 952

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə