“iran abş və israillə münaqişə müddətində azərbaycan və türkiyə istiqamətində heç bir sursat atmayıb”.
“arhd.media” xəbər verir ki, bunu iran xarici işlər nazirliyinin sözçüsü ismayıl bəqayi snn telekanalında videoyazısı yayımlanan mətbuat konfransı zamanı bildirib.
“biz birbaşa bəyan etdik ki, iran tərəfindən azərbaycan istiqamətinə heç bir sursat atılmayıb və düşünürəm ki, iki prezident və xarici işlər nazirləri arasında baş tutan danışıqlar anlaşılmazlıqları aradan qaldırıb. türkiyəyə gəlincə, vəziyyət eyni idi: biz aydın şəkildə bəyan etdik ki, tərəfimizdən heç bir atəş açılmayıb və buna görə də hesab edirəm ki, iki ölkə arasında qarşılıqlı anlaşma mövcuddur, yaranan məsələlər isə aparılan danışıqlardan sonra həll edilib”, - bəqayi deyib.























