“iranın yeni ali lideri müctəba xamenei hazırda huşsuz vəziyyətdə müalicə alır”.
“arhd.media” xəbər verir ki, bu barədə “the times” qəzeti abş və israil kəşfiyyatlarının məlumatlarına istinadən məlumat yayıb.
qeyd olunub ki, xameneinin müalicəsi qum şəhərində həyata keçirilir. onun vəziyyətinin ağır olduğu iddia edilib.
“müctəba xamenei qumda ağır vəziyyətdə müalicə alır və qərarların qəbul edilməsi prosesində iştirak edə bilmir”, - nəşrin istinad etdiyi kəşfiyyat məlumatlarında deyilir.
xatırladaq ki, ötən ayın ortalarında küveytin “aj jarida” nəşri müctəba xameneinin ölkəyə aviazərbələr nəticəsində yaralandıqdan sonra rusiyaya aparıldığı və moskvada yerləşən özəl xəstəxanada müalicə alması barədə xəbər yaymışdı. iran xarici işlər nazirliyinin (xin) sözçüsü ismail bəqayi isə yeni ali liderin səhhətinin yaxşı olduğunu, onun hazırda davam edən müharibə şəraiti və təhlükəsizlik tədbirləri ilə əlaqədar ictimaiyyət qarşısına çıxmadığını bildirmişdi.























