pakistanın baş naziri şahbaz şərif yaxın şərqdə alovlanan müharibənin dayandırılması üçün həm abş, həm də iran rəhbərliyinə konkret təkliflərlə müraciət edib.
“arhd.media” xəbər verir ki, hökumət başçısı bu barədə “x” hesabında paylaşım edib.
şərif diplomatik səylərin müsbət nəticə vermə potensialının yüksək olduğunu bildirərək, abş prezidenti donald trampı iran üçün təyin etdiyi “son tarixi” iki həftə uzatmağa çağırıb:
“mən səmimiyyətlə iranlı qardaşlarımızı da xoşməramlılıq jesti olaraq hörmüz boğazını eyni müddətə, yəni iki həftəlik açmağa dəvət edirəm”.
o, həmçinin bütün döyüşən tərəfləri diplomatiyanın qəti nəticə verməsi üçün dərhal atəşkəs elan etməyə səsləyib.
məlumata görə, pakistan tərəfi münaqişənin həlli üçün artıq iki mərhələli plan təqdim edib. planın birinci hissəsi atəşkəsin dərhal qüvvəyə minməsini və hörmüz boğazının açılmasını, ikinci mərhələsi isə 15-20 gün ərzində münaqişəni tamamilə bitirəcək hərtərəfli sülh sazişinin imzalanmasını nəzərdə tutur.
xatırladaq ki, aprelin 7-si trampın iran üçün qoyduğu müddətin son günü idi və rəsmi vaşinqton razılıq olmadığı təqdirdə genişmiqyaslı hərbi əməliyyatlara başlayacağını bəyan etmişdi.























