“abş ordusu iranla razılaşma əldə olunana qədər bölgədə qalacaq”.


“arhd.media” xəbər verir ki, bunu abş prezidenti donald tramp “truth” sosial şəbəkəsində yazıb.


o bildirib ki, iranla tam razılaşma əldə olunana qədər abş hərbi qüvvələri bölgədə qalmağa davam edəcək.


trampın sözlərinə görə, abş-yə məxsus gəmilər, təyyarələr, silahlar və hərbi personal hazırda iran ərazisi və ətrafında yerləşdirilib və yekun razılaşma əldə edilənədək mövqelərini qoruyacaqlar.


o, həmçinin xəbərdarlıq edib ki, əgər razılaşma baş tutmasa, vəziyyət daha da gərginləşə bilər:


“əgər hər hansı səbəbdən bu baş verməsə - ki, bu, çox ehtimal olunmur - onda daha böyük və daha güclü qarşıdurma başlayacaq”.


tramp əlavə edib ki, iranın nüvə silahına malik olmayacağını və hörmüz boğazının açıq və təhlükəsiz qalacağını gözləyir.


prezident paylaşımında abş ordusunun hazır vəziyyətdə olduğunu vurğulayaraq, ölkəsinin hərbi gücünün “növbəti addımı gözlədiyini” bildirib.


qeyd edək ki, abş və iran arasında növbəti danışıqların islamabad şəhərində keçirilməsi planlaşdırılır.

Baxış sayı: 3 041

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə