“hörmüz boğazından keçid rüsumları rialla ödəniləcək”.
“arhd.media” xəbər verir ki, bunu iran parlamentinin milli təhlükəsizlik komissiyasının rəhbəri ibrahim əzizi iran dövlət televiziyasında çıxışı zamanı bildirib.
o qeyd edib ki, parlament tərəfindən hazırlanan qanun layihəsində təhlükəsiz keçid üçün rüsumların tətbiqi nəzərdə tutulur.
əzizinin sözlərinə görə, qanun layihəsi təsdiqləndikdən sonra hörmüz boğazı tam şəkildə silahlı qüvvələrin nəzarətinə veriləcək: “bu çərçivədə omanla əməkdaşlıq müqaviləsinin imzalanması da mümkün hesab olunur”.























