rusiya və iran prezidentləri vladimir putin və məsud pezeşkian arasında telefon danışığı olub.
“arhd.media” xəbər verir ki, bu haqda kremlin mətbuat xidməti məlumat yayıb.
bildirilir ki, vladimir putin və məsud pezeşkian telefon danışığı zamanı yaxın şərqdəki son hadisələri müzakirə ediblər.
dövlət başçıları aprelin 11-də islamabadda keçirilən iran-abş danışıqları ilə bağlı da müzakirə aparıb. iran prezidenti rusiyanın beynəlxalq platformalar da daxil olmaqla, gərginliyin azaldılmasına yönəlmiş prinsipial mövqeyinə görə minnətdarlığını bildirib. pezeşkian həmçinin iran xalqına göstərilən humanitar yardıma görə rusiyaya təşəkkür edib.























