“abş nato çərçivəsində öz siyasətini çox ciddi şəkildə yenidən nəzərdən keçirməyi planlaşdırır”.
“arhd.media” xəbər verir ki, bu sözləri abş prezidenti donald tramp deyib.
“biz nato-ya trilyonlarla dollar xərcləyirik ki, onlar rusiyaya qarşı müdafiə mövqeyində dayana bilsinlər. uzun müddətdir düşünürəm ki, bu, bir qədər gülməlidir. düşünürəm ki, bu məsələ çox ciddi şəkildə nəzərdən keçiriləcək”, - tramp qeyd edib.
abş lideri həmçinin iran məsələsinə də toxunaraq qeyd edib ki, iranın danışıqlar masasına qayıdıb-qayıtmayacağı ilə bağlı narahatlıq keçirmir: “onların danışıqlar masasına qayıdıb-qayıtmaması məni narahat etmir. əgər qayıtmasalar, bu da məni qane edər. iran çox pis və çıxılmaz vəziyyətdədir”.






















