“israil müdafiə qüvvələri iranla münaqişənin mümkün eskalasiyasına hazırlaşır”.
“arhd.media” xəbər verir ki, bu barədə “the times of israel” nəşri mənbələrə istinadən məlumat yayıb.
buna səbəb kimi islamabadda abş ilə iran arasında keçirilən atəşkəs danışıqlarında razılığın əldə olunmaması göstərilir.
“ölkədə ivrit dilində yayımlanan üç ən böyük televiziya kanalının hamısı abş ilə islam respublikası arasında atəşkəs danışıqlarının iflasa uğramasından sonra israil müdafiə qüvvələrinin iranla münaqişənin bərpasına hazırlaşdığını bildirdi”, - nəşr yazıb.
qeyd olunur ki, bu məlumat uğurla yekunlaşmayan islamabad danışıqlarının başa çatmasından dərhal sonra məlum olub.























