“türkiyə aviaşirkətləri gümrü üzərindən də uçuşlara başlaya bilərlər”.
“arhd.media” ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri nikol paşinyan brifinqdə çıxışı zamanı bildirib.
iki ölkə arasında münasibətlərin normallaşdırılması ilə bağlı sualı cavablandırarkən paşinyan “turkish airlines” şirkətinin artıq istanbul-irəvan-istanbul reyslərini həyata keçirdiyini xatırladıb. bununla belə, hökumət başçısı yaxın zamanda gümrü üzərindən də reyslar başladılacağına ümid etdiyini əlavə edib.
türkiyə ilə sərhədin açılması perspektivlərinə də toxunan paşinyan bunun zaman məsələsi olduğunu qeyd edib.
xatırladaq ki, “turkish airlines” aviaşirkəti bu ilin mart ayından istanbul-irəvan-istanbul marşrutu üzrə reyslər yerinə yetirir.























