“iranla sülh sazişi olacaq, bu, mütləq baş verəcək”.
“arhd.media” xəbər verir ki, bunu “abc news”a açıqlamasında abş prezidenti donald tramp deyib.
o, iranla bağlı mümkün sülh sazişinin əldə olunacağına inandığını bildirib və prosesin gec-tez reallaşacağını vurğulayıb.
tramp iranın atəşkəsi “ciddi şəkildə pozduğunu” desə də, sülh razılaşmasına ümidli olduğunu qeyd edib.
“bu baş verəcək. bu və ya digər şəkildə. asan və ya çətin şəkildə. bu baş verəcək”, – deyə o bildirib.
tramp həmçinin abş nümayəndə heyətinin sülh danışıqları üçün sabah axşam islamabada yola düşəcəyini açıqlayıb.
onun sözlərinə görə, vaşinqton tərəfi ədalətli və məqbul hesab etdiyi bir razılaşma təklif edir və iranın bunu qəbul edəcəyinə ümid edir.
abş prezidenti xəbərdarlıq tonunda bildirib ki, əgər razılaşma əldə olunmasa, abş iranın infrastrukturuna qarşı sərt addımlar ata bilər.
“əgər qəbul etməsələr, abş irandakı hər bir elektrik stansiyasını və hər bir körpünü yerlə-yeksan edəcək”, –
tramp qeyd edib.























