abş prezidenti donald tramp blokadanı pozmağa çalışan iran bayrağı altında üzən gəminin vurulduğunu və ələ keçirildiyini açıqlayıb.
“arhd.media” xəbər verir ki, bu barədə o, özünün “truth” sosial şəbəkə hesabında məlumat verib.
bildirib ki, təxminən 270 metr uzunluğunda olan iran bayrağı altında üzən touska yük gəmisi dəniz blokadasını pozmağa cəhd edib, lakin bu cəhd onlar üçün yaxşı nəticələnməyib.
“abş hərbi dəniz qüvvələri oman körfəzində touska-nı ələ keçirib. iran heyəti xəbərdarlığa qulaq asmaqdan imtina etdikdə, dəniz gəmimiz mühərrik otağına zərbə endirdib gəmini dayandırdı”, - deyə tramp əlavə edib.






















