rusiyanın paytaxtı moskvada yerləşən domodedovo hava limanında təxminən 40 israil vətəndaşı saxlanılıb.
“arhd.media” xəbər verir ki, rusiya hüquq-mühafizə orqanları sərnişinləri pasport nəzarəti zamanı saxlayaraq saatlarla dindirib.
saxlanılanlar arasında uşaqların da olduğu bildirilir. iddialara əsasən, yoxlama zamanı onların mobil telefonları araşdırılıb və iran-israil münaqişəsi ilə bağlı suallar verilib.
hadisədən sonra təl-əviv administrasiyası vətəndaşlarını rusiyaya səfər edərkən daha ehtiyatlı olmağa çağırıb.























