“avropa ittifaqının (ai) ermənistandakı yeni mülki missiyası brüsselə ölkənin daxili işlərinə müdaxilə etməyə və iyunda keçiriləcək parlament seçkilərinin nəticəsinə təsir göstərməyə imkan verəcək”.
“arhd.media” tass-a istinadən xəbər verir ki, bu barədə rusiya xarici işlər nazirliyinin (xin) rəsmi nümayəndəsi mariya zaxarova brifinqdə bildirib.
“21 apreldə avropa ittifaqı şurası ermənistana, onların ifadə etdiyi kimi, “ai-nin müdafiə sahəsində ümumi təhlükəsizlik siyasəti çərçivəsində tərəfdaşlıq missiyası”nın göndərilməsi barədə qərar qəbul etdi. söhbət artıq avropa ittifaqının bu ölkədəki ikinci mülki missiyasından gedir, lakin aydındır ki, ai tərəfindən guya irəvana hibrid təhdidlərlə mübarizədə yardım kimi təqdim edilən yeni mexanizm brüsselə ermənistanın nazirlikləri, milli institutları üzərində əlavə təsir rıçaqları verəcək. yeri gəlmişkən, brüsseldə də bunu heç kim gizlətmir”, - diplomat qeyd edib.
zaxarovanın sözlərinə görə, qanunsuz maliyyə axınlarının izlənməsi və kiberhücumların, informasiya manipulyasiyasının, üçüncü ölkələr tərəfindən informasiya müdaxiləsinin qarşısının alınması bəhanəsi ilə ai ermənistanın daxili işlərinə müdaxilə etməyə cəhd edəcək:
“biz avropa ittifaqını yaxşı tanıyırıq, bunu heç bir halda istisna etmək olmaz - 7 iyun parlament seçkilərinin nəticəsinə təsir göstərmək istəyirlər və istəyəcəklər”.
qeyd edək ki, avropa ittifaqının ermənistandakı missiyası ai şurasının 2023-cü il 20 fevral tarixli qərarı ilə yaradılıb və fəaliyyətə başlayıb. 30 yanvar 2025-ci ildə ai şurası missiyanın mandatını 2027-ci ilin fevralın 19-na qədər uzatmaq barədə qərar qəbul edib. bir neçə gün öncə isə ai ölkələrinin səfirləri brüsseldə ermənistana yeni mülki missiyanın göndərilməsi barədə qərar qəbul ediblər.























