“qəzəblənin və bu qəzəblə ölün”.
“arhd.media” xəbər verir ki, bunu iran parlamentinin sədri məhəmməd baqer qalibaf abş prezidenti donald trampın “onlar tam xaos içindədirlər” açıqlamasına cavab olaraq sosial media hesabında yazıb.
o bildirib ki, abş tərəfinin qəzəbi iran daxilində mövcud olan birlikdən qaynaqlanır.
“düşmənin qəzəbi bizim birliyimizlə bağlıdır. qəzəblənin və bu qəzəblə ölün”, - spiker qeyd edib.
iran parlament rəhbəri əlavə edib ki, vaşinqtonun tənqidləri və bəzi rəsmilərin açıqlamaları ölkə rəhbərliyi ətrafında formalaşan həmrəyliyin və abş-nin planlarının iflasa uğramasının nəticəsidir.






















