kremlin sözçüsü dmitri peskov moskvanın vaşinqton və tehran arasındakı atəşkəsin davam etməsini və danışıqlar prosesini alqışladığını bildirib


“arhd.media” xəbər verir ki, bu barədə o, “interfaks”a müsahibəsində deyib.


peskov xüsusilə hərbi əməliyyatların bərpasının qlobal risklərinə toxunub:


“hesab edirik ki, heç bir halda döyüş əməliyyatlarına qayıtmaq olmaz. bu, nə tərəfdaşımız iranın, nə hörmüz boğazı ölkələrinin, nə də dünya iqtisadiyyatının maraqlarına cavab vermir”.


qeyd edək ki, sankt-peterburqdakı prezident kitabxanasında baş tutan görüşdə vladimir putin iran xalqının öz suverenliyi uğrunda qəhrəmancasına mübarizə apardığını vurğulayıb. rusiya lideri qeyd edib ki, moskva yaxın şərqdə sülhün tezliklə bərqərar olması üçün iranın və regionun digər ölkələrinin maraqlarına uyğun olan hər şeyi edəcək.


iranın xin rəhbəri seyid abbas əraqçi isə öz növbəsində rusiya və iran arasında ikitərəfli məsləhətləşmələrin müntəzəm və aktiv şəkildə davam etdiyini bildirib.


xatırladaq ki, bir qədər əvvəl rəsmi tehran abş-nin real dialoqa hazır olub-olmadığına dair şübhələrini dilə gətirmişdi.

Baxış sayı: 2 891

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə