“abş hərbçiləri iran nefti daşıyan tankerləri ələ keçirərkən dəniz quldurları kimi davranırlar”.
“arhd.media” xarici mətbuata istinadən xəbər verir ki, bu etirafı abş prezidenti donald tramp uest-palm-biçdə (florida ştatı) yerli “forum” klubunun üzvləri qarşısında çıxışı zamanı edib.
abş silahlı qüvvələrinin ümumilikdə 3,8 milyon barrel neft daşıyan iki iran tankeri - “majestic” və “tifani”ni ələ keçirməsi haqqında danışan dövlət başçısı “gəmilərin ələ keçirildiyini və yükün götürüldüyünü” deyib.
“biz nefti götürdük, bu, çox gəlirli biznesdir. kim düşünə bilərdi - biz dəniz quldurları kimi davrandıq... biz də bir növ dəniz quldurlarıyıq, oyun oynamırıq”, - o əlavə edib.























