israil baş naziri benyamin netanyahu 1993-cü ildə fələstin muxtariyyəti ilə imzalanmış oslo sazişlərinin ləğvini təklif edən qanun layihəsinin müzakirəsini təxirə salıb.
“arhd.media” xəbər verir ki, bu barədə “israil hayom” qəzeti məlumat yayıb.
hesabatda bildirilir ki, israil knessetinin qanunvericilik komitəsində qanun layihəsinin müzakirəsi netanyahunun tələbi ilə təxirə salınıb.
belə ki, israil ədliyyə naziri yariv levin də təxirəsalma ideyasını dəstəkləyib və bunun qanun layihəsinə etiraz demək olmadığını bildirib. levin bildirib ki, “nəticə etibarilə, məsələlərdən xəbərdar olan bir baş nazir var. müzakirə onun təsdiqinə qədər təxirə salınıb”.
həmçinin, israil hökumətinin katibi yossi fuks qanun layihəsi ilə bağlı xəbərdarlıq edib: “biz amerikalılarla əməkdaşlığın zəruri olduğunu anlamalıyıq”.
qeyd edək ki, oslo sazişi və ya birinci oslo sazişi kimi də tanınan “müvəqqəti özünüidarəetmə prinsipləri bəyannaməsi” 13 sentyabr 1993-cü ildə vaşinqtonda, o vaxtkı israil baş naziri ishaq rabin və fələstin azadlıq təşkilatının (fat) lideri yasir ərəfat arasında norveçin oslo şəhərində keçirilən danışıqlardan sonra imzalanıb.
sazişin məqsədi tərəflər arasında illərdir davam edən münaqişəyə son qoymaq, müvəqqəti fələstin muxtariyyətinin yaradılması və 1999-cu ildə müstəqil fələstin dövlətinin yaradılması ilə ədalətli, davamlı və hərtərəfli sülhə nail olmaq idi.























