ermənistanın baş naziri nikol paşinyan mayın 28-29-da astanada keçiriləcək avrasiya iqtisadi ittifaqının (aii) sammitində iştirak etməyəcəyini açıqlayıb.
“arhd.media” xəbər verir ki, bu haqda paşinyan jurnalistlərlə söhbəti zamanı deyib.
“ermənistanı baş nazirin müavini mher qriqoryan təmsil edəcək”, - o qeyd edib.
paşinyan əlavə edib ki, aprelin 1-də moskvada keçirdiyi görüşdə qərarını rusiya prezidenti vladimir putinə çatdırıb. o, qazaxıstan lideri kasım-jomart tokayevə də məlumat verib.























