rusiyada nüvə qüvvələrinin tətbiqinə hazırlıq üzrə təlimlərə start verilir. 


“arhd.media” xəbər verir ki, bu barədə rusiya müdafiə nazirliyinin mətbuat xidməti məlumat yayıb.


mayın 19-dan 21-dək davam edəcək təlimlərə strateji təyinatlı raket qoşunları, sakit okean donanması, şimal donanması, uzaq aviasiya komandanlığı, leninqrad və mərkəzi hərbi dairələrin qüvvələrinin bir hissəsi cəlb edilib. 


nüvə təlimlərində 64 mindən çox hərbi qulluqçu və 7800-dən çox hərbi texnika, o cümlədən 200-dən çox raket buraxılış qurğusu, 140-dan çox uçuş aparatı, 73 gəmi və 8-i strateji təyinatlı raket sualtı gəmisi olmaqla, 13 sualtı gəmi iştirak edəcək.


təlimlərin əsas məqsədi düşməni çəkindirmə ilə bağlı hərəkətlərin işlənib hazırlanması və şəxsi heyətin hazırlıq səviyyəsinin yoxlanılmasıdır. bundan əlavə, belarusda yerləşdirilmiş nüvə silahının birgə hazırlanması və tətbiqi məsələlərinin işlənməsi planlaşdırılır. nazirlik rusiya ərazisindəki poliqonlarda ballistik və qanadlı raketlərin təlim buraxılışlarının həyata keçiriləcəyini açıqlayıb. 


xatırladaq ki, ötən gün belarus ərazisində belarus-rusiya nüvə təlimlərinə start verilmişdi.

Baxış sayı: 3 627

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə