rusiya və abş prezidentləri vladimir putinlə donald tramp asiya-sakit okean iqtisadi əməkdaşlıq təşkilatının (asiət) sammiti çərçivəsində görüşə bilərlər.


“arhd.media” “ria novosti”yə istinadən xəbər verir ki, bunu rusiya prezidentinin köməkçisi yuri uşakov deyib.


“düşünürəm ki, bütün hallarda, əgər hər iki lider çindədirsə, çox güman ki, onların yolları kəsişəcək. hələlik bu barədə razılıq əldə edilməyib, lakin kiminsə bundan imtina etmə ehtimalı azdır”, - o bildirib.


bununla belə, uşakov moskva və vaşinqtonun çində dövlət başçıları arasında görüşün keçirilməsi ilə bağlı bir-biri ilə əlaqə saxlamadıqlarını deyib.


qeyd edək ki, asiət-in növbəti sammiti bu ilin noyabr ayında çində keçiriləcək.

Baxış sayı: 3 163

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə