ebola epidemiyası konqo demokratik respublikasınin şərq bölgələrində yayılmaqda davam edir. xəstəliyin silahlı qrupların nəzarətində olan ərazilərə çatması narahatlıqları artırıb.


“arhd.media” afp-yə istinadən xəbər verir ki, ümumdünya səhiyyə təşkilatı tərəfindən fövqəladə vəziyyət kimi qiymətləndirilən epidemiya ölkənin şərqində, xüsusilə cənubi kivu və ituri əyaləti istiqamətində qeydə alınıb.


bu ərazilərin bir hissəsi m23 hərəkatınin nəzarəti altındadır.


rəqəmlərə əsasən, ölkənin milli ictimai səhiyyə institutu (insp) təxminən 671 şübhəli hal qeydə alıb, onlardan 160-ı ölümcül nəticələnib. 64 təsdiqlənmiş yoluxma və 6 təsdiqlənmiş ölüm faktı da açıqlanıb.


epidemiyanın qarşısının alınması isə regionda davam edən silahlı qarşıdurmalar səbəbindən çətinləşir. xüsusilə hökumət qüvvələri ilə m23 arasında gərginlik səhiyyə xidmətlərinin çatdırılmasına ciddi maneələr yaradır.


bölgədə fəaliyyət göstərən humanitar nümayəndələr bildirirlər ki, minlərlə məcburi köçkün üçün əsas sanitariya şəraiti belə mövcud deyil. iturinin mərkəzi bunia yaxınlığında yerləşən düşərgələrdən birinin nümayəndəsi vəziyyəti “kritik” adlandırıb.


“16 min köçkün üçün nə əl yumaq üçün yer, nə də minimal gigiyena şəraiti var. əgər epidemiya burada daha geniş yayılsa, nəticələr fəlakətli ola bilər”, – deyə yerli rəsmilər xəbərdarlıq ediblər.

 

Baxış sayı: 3 165

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə