çinin şimalında yerləşən şansi əyalətində kömür mədənində baş verən qaz partlayışı faciəyə səbəb olub.
“arhd.media” xəbər verir ki, hadisə nəticəsində azı 8 nəfər həyatını itirib, 38 işçi isə dağıntılar altında qalıb.
məlumata görə, partlayış zamanı mədəndə ümumilikdə 247 nəfər çalışırmış. qəzanın baş verdiyi hissədə çalışan işçilərdən 201-i xilas edilərək təhlükəsiz əraziyə çıxarılıb.
hazırda dağıntılar altında qalan işçilərin xilas edilməsi üçün genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı davam etdirilir. hadisənin səbəbləri araşdırılır.























