abş və iran arasındakı saziş atəşkəsin 60 gün uzadılmasını nəzərdə tutur.
“arhd.media”nın məlumatına görə, bu barədə "axios" portalı amerikalı məmura və mənbələrə istinadən yazır.
bu müddət ərzində hörmüz boğazı yenidən açılacaq, tehran isə sərbəst şəkildə neft sata biləcək. bundan əlavə, iranın nüvə proqramının məhdudlaşdırılması ilə bağlı danışıqlar keçiriləcək.
portalın məlumatına görə, vaşinqton və tehran 60 gün müddətinə qarşılıqlı anlaşma memorandumu imzalayacaq və bu müddət qarşılıqlı razılıq əsasında uzadıla bilər.
memorandumun şərtlərinə əsasən, 60 gün ərzində hörmüz boğazı keçid haqqı alınmadan açıq olacaq və iran gəmilərin maneəsiz keçidini təmin etmək üçün boğazda qoyulmuş minaları təmizləməyə razı olacaq. bunun müqabilində abş iran limanlarının blokadasını aradan qaldıracaq və irana nefti sərbəst satmağa imkan vermək üçün sanksiyalardan bəzi istisnalar təqdim edəcək.
qarşılıqlı anlaşma memorandumunun layihəsi, həmçinin iranın heç vaxt nüvə silahı hazırlamayacağı öhdəliyini, uranın zənginləşdirilməsi proqramının dayandırılması və yüksək zənginləşdirilmiş uran ehtiyatlarından imtina edilməsi barədə danışıqları əhatə edir. 60 günlük müddət ərzində abş qoşunları regionda qalacaq və yalnız yekun saziş əldə olunduğu təqdirdə çıxarılacaq.
sənəddə israil və livanda "hizbullah" arasında müharibənin dayandırılmalı olduğu da göstərilib.
ağ ev son fikir ayrılıqlarının yaxın saatlarda aradan qaldırılacağını və saziş haqqında mayın 24-də elan ediləcəyini gözləyir. qeyd olunan təfərrüat iran tərəfindən hələ təsdiqlənməyib, baxmayaraq ki, tehran sazişin başa çatmağa yaxın olduğuna ehyam vurub.























