boliviya prezidenti rodriqo pas hökumət əleyhinə etirazları yumşaltmaq məqsədilə öz maaşını və nazirlərin əməkhaqlarını 50 faiz azaltmağa qərar verdiyini açıqlayıb.


“arhd.media” afp-yə istinadən xəbər verir ki, mərkəz-sağçı siyasi lider olan rodriqo pas prezident vəzifəsində cəmi altı ay fəaliyyət göstərməsinə baxmayaraq, ölkədə davam edən genişmiqyaslı etirazlarla üz-üzədir.


etirazlar əsasən la pas şəhərində cəmləşib. nümayişçilərin yolları bağlaması nəticəsində ərzaq, yanacaq və dərman çatışmazlığının yarandığı bildirilir.


aksiyalar may ayının əvvəlində hökumətin son onilliklərin ən ağır böhran idarəetməsinə qarşı narazılıq fonunda başlayıb. sonradan isə etirazlar prezidentin istefası tələbləri ilə davam edib.


məlumata görə, prezidentin aylıq maaşı hazırda təxminən 24 min boliviano, yəni 3500 abş dolları təşkil edir.


bu qərarın etirazçıları sakitləşdirib-sakitləşdirməyəcəyi hələlik məlum deyil. qeyd olunur ki, hökumətin əvvəlki addımları, o cümlədən, əmək nazirinin vəzifədən uzaqlaşdırılması və həmkarlar ittifaqları ilə bağlı vədlər də etirazları dayandırmağa kifayət etməyib.

 

Baxış sayı: 3 742

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə