avropa ittifaqı ukraynanın quruma üzvlüyü ilə bağlı birbaşa danışıqlara avropa şurasının 18–19 iyunda keçiriləcək sammitinədək başlamaq niyyətindədir. 


“arhd.media” xəbər verir ki, bu barədə məlumatı ai rəsmisinə istinadən “euractiv” yayıb.


bildirilib ki, hazırda çox şey macarıstanın yeni hökumətinin mövqeyindən asılıdır. belə ki, əvvəlki baş nazir viktor orbanın dövründə budapeşt ukraynanın üzvlüyü ilə bağlı birbaşa danışıqların başlanmasına veto qoyurdu.


qeyd edək ki, mayın 21-də almaniya kansleri fridrix merts ukraynaya ai üzvlüyünə keçid mərhələsi kimi xüsusi status verilməsini təklif edib. almaniya hökumətinin başçısı hesab edir ki, “assosiativ üzv” statusu ukraynalı rəsmilərə avropa ittifaqının sammitlərində və nazirlərin görüşlərində iştirak etmək imkanı verəcək, lakin onlara səsvermə hüququ tanımayacaq. 

Baxış sayı: 3 812

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə