bmt təşkilatın irimiqyaslı islahatı çərçivəsində yaxın iki ildə rəhbər vəzifələrin bir qismini azaltmağı və ləğv etməyi planlaşdırır.


“arhd.media”  "reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə bmt-nin baş katibi antonio quterreş bəyan edib.


onun sözlərinə görə, islahatlar üzv ölkələrin, o cümlədən abş-nin üzvlük haqları üzrə yaranmış borclarının səbəb olduğu maliyyə böhranı fonunda zəruridir.


bmt rəhbəri bildirib ki, "un80" proqramı çərçivəsində artıq 2026-cı il üçün büdcəni azaltmaq və 2 000-dən çox iş yerini cenevrə və nyu-york kimi bahalı şəhərlərdən daha ucuz regionlara köçürmək mümkün olub.


o əlavə edib ki, 2027-ci ilin büdcəsində idarəetmə pillələrinin ixtisarı və yüksəkvəzifəli ştatların sayının azaldılmasına başlanılması nəzərdə tutulacaq.

Baxış sayı: 3 154

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə