rumıniyanın şərqində yerləşən qalats şəhərində yaşayış binasına pua-nın çırpılmasından sonra rumıniya prezidenti nikuşor dan rusiyaya qarşı sərt bəyanatlarla çıxış edib.


“arhd.media” xəbər verir ki, bu barədə “reuters” agentliyi məlumat yayıb.


agentlik yazır ki, dövlət başçısı rusiya-ukrayna münaqişəsinin rumıniya vətəndaşlarının həyatına və təhlükəsizliyinə təsir etməsi ilə heç bir halda barışmayacaqlarını bəyan edib.


o, xarici işlər nazirliyinə təcili olaraq rusiya ilə münasibətlərə dair xüsusi tədbirlər planı hazırlamaq tapşırığı verdiyini vurğulayıb:


“mən xin-dən yaranmış bu çox ciddi vəziyyətə mütənasib olaraq rusiya ilə əlaqələrimizə yönəlmiş addımlar sırasını dərhal təqdim etməsini istədim”.


qeyd edək ki, hadisənin ardınca rumıniyanın xarici işlər naziri oana tsoyu da bəyanat yayaraq, szöügedən qəzanın rumıniyanın müttəfiqləri ilə hərbi məsləhətləşmələr aparmasını nəzərdə tutan nato-nun 4-cü maddəsinin tətbiqinə tam əsas verdiyini bildirib.


onu da bildirək ki, məsələyə brüsseldən də kəskin reaksiya verilib. avropa komissiyasının sədri ursula fon der lyayen rumıniyadakı dron fəsadına toxunaraq, rusiyanın bu addımla beynəlxalq aləmdə “daha bir qırmızı xətti keçdiyini” xüsusi vurğulayıb.

Baxış sayı: 3 162

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə