“iranın zənginləşdirilmiş uran ehtiyatları qazaxıstanda saxlanıla bilər”.
“arhd.media” xəbər verir ki, bunu beynəlxalq atom enerjisi agentliyinin (baea) baş direktoru rafael qrossi britaniya mətbuatına müsahibəsində deyib.
o bildirib ki, abş və iran arasında nüvə razılaşması əldə olunacağı təqdirdə, bu ehtiyatlar qazaxıstanda saxlanıla bilər.
qrossi qeyd edib ki, qazaxıstan iranın yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarını qəbul etməyə hazırdır.
onun sözlərinə görə, bu təklif bu həftə astanada keçirilən görüş zamanı kasım-jomart tokayev tərəfindən irəli sürülüb.
baea rəhbəri bildirib ki, agentliyin nəzarəti altında həmin materialların təhlükəsiz şəkildə saxlanılması mümkündür və belə bir mexanizmin həm tehran, həm də vaşinqton tərəfindən qəbul edilə biləcəyinə inanır.
qeyd edək ki, qazaxıstan hazırda baea-nın beynəlxalq nəzarət altında fəaliyyət göstərən aşağı zənginləşdirilmiş uran bankına ev sahibliyi edir. 2017-ci ildə istifadəyə verilən bu obyekt nüvə yanacağının təmin olunması və nüvə silahlarının yayılmasının qarşısının alınması məqsədi daşıyır.
əlavə edək ki, iranın nüvə ehtiyatlarının taleyi abş və iran arasında davam edən danışıqların əsas mövzularından biri olaraq qalır. abş prezidenti donald tramp daha əvvəl iranın nüvə silahına sahib olmamalı olduğunu vurğulayaraq, ölkənin uran ehtiyatlarının nəzarət altına alınmasının vacibliyini bildirmişdi.























