qərbi avropada müşahidə olunan güclü isti hava dalğası bir sıra ölkələrdə temperatur rekordlarının yenilənməsinə səbəb olub.


“arhd.media” xəbər verir ki, portuqaliyanın mora şəhərində termometrlər 40,3 dərəcə selsi göstərərək, ölkədə may ayı üzrə yeni rekord qeydə alıb.


meteoroloqlar yüksək temperaturun yaxın günlərdə də davam edəcəyini bildirirlər. almaniya, ispaniya, fransa, isveçrə və italiya da qeyri-adi isti hava şəraitinin təsiri altındadır.


fransada istilər təhsil sisteminə də təsir göstərib. ölkənin cənubundakı bəzi məktəblər bağlanıb, bir sıra bölgələrdə isə narıncı təhlükə xəbərdarlığı elan edilib. parisdə hava çirkliliyinin qarşısını almaq məqsədilə nəqliyyatla bağlı məhdudiyyətlər tətbiq olunub.


italiyada roma, florensiya və turin daxil olmaqla, bir neçə şəhərdə ilin ilk “qırmızı xəbərdarlıq” səviyyəsi elan edilib. ispaniyanın paytaxtı madriddə isə havanın temperaturunun 35 dərəcəyə çatacağı proqnozlaşdırılır.


bildirilir ki, isti hava dalğasının əsas səbəbi müəyyən ərazilərdə isti havanı uzun müddət saxlayan yüksək təzyiq sistemi – “istilik günbəzi”dir. son 30 ildə avropa dünyanın ən sürətlə istiləşən regionlarından birinə çevrilib.


birləşmiş millətlər təşkilatı da qlobal temperaturun növbəti illərdə rekord səviyyələrdə qalacağını bildirib. təşkilatın qiymətləndirməsinə görə, qarşıdakı dövrdə yeni temperatur rekordlarının qeydə alınması ehtimalı olduqca yüksəkdir.

Baxış sayı: 2 904

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə