abş prezidenti donald tramp suriya və iraq üzrə yeni xüsusi elçinin adını açıqlayıb. 


“arhd.media” xəbər verir ki, abş lideri bu barədə özünə məxsus “truth social” hesabında paylaşım edib.


məlumata görə, bu vəzifəyə abş-nin hazırda türkiyədəki səfiri olan tom barrak təyin edilib.


ağ ev rəhbəri barrakın hər iki missiyanı eyni vaxtda icra edəcəyini bildirib:


“tom türkiyədəki səfir vəzifəsində qalacaq və abş dövlət departamentinin tam dəstəyi ilə fəaliyyət göstərəcək. biz tom barrakın gördüyü işləri və onun ölkəmizə xidmət etməyə hər zaman hazır olmasını yüksək qiymətləndiririk”.


xatırladaq ki, t. barrak ötən ilin mayından abş-nin türkiyədəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edir.

Baxış sayı: 3 380

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə