iran prezidenti məsud pezeşkianın istefa vermək niyyətində olduğuna dair iddia yayılıb.
“arhd.media” xəbər verir ki, bu barədə böyük britaniyada fəaliyyət göstərən “iran international” telekanalı məlumat yayıb.
iddialara görə, m.pezeşkian öz postunu tərk etməsi ilə bağlı ölkənin ali lideri müctəba xameneiyə rəsmi müraciət ünvanlayıb.
bununla belə, iran rəhbərliyi telekanalın məlumatını təkzib edib.
belə ki, iran prezidentinin administrasiyasının kommunikasiya bölməsinin rəhbəri mehdi tabatabai həmin iddiaları yalan və şayiə adlandırıb.
iran hökumətinin mətbuat katibi fatimə mohecerani isə nazirlər kabinetinin hazırda öz işini əvvəlki kimi davam etdirdiyini bildirib.






















