“iranla razılaşma həftəsonu bağlana bilər”.


“arhd.media” xəbər verir ki, bunu abş prezidenti donald ağ evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.


tramp iranla aparılan danışıqların müsbət irəlilədiyini bildirib.


ağ ev rəhbəri qeyd edib ki, tehran nüvə silahı hazırlamamaq və əldə etməmək öhdəliyini qəbul etməyə yaxındır.


“danışıqlar çox yaxşı gedir. razılaşma da ola bilər, olmaya da bilər. amma əldə olunarsa, bu, həftəsonu baş verə bilər”, - deyə abş prezidenti vurğulayıb.


trampın sözlərinə görə, vaşinqton və tehran arasında münasibətlər hazırda konstruktiv məcrada davam edir və tərəflər nəzəri olaraq yekun razılaşmaya çox yaxındırlar.


abş prezidenti həmçinin iranın nüvə proqramı ilə bağlı materialların gələcəkdə birgə nəzarət altında çıxarılıb məhv ediləcəyini bildirib.


tramp qeyd edib ki, iranla razılaşma əldə olunacağı təqdirdə hörmüz boğazında gəmiçiliyin bərpası da sürətlənəcək.


onun sözlərinə görə, boğazın bəzi hissələrində hələ də dəniz minaları mövcuddur, lakin onların qısa müddətdə təmizlənməsi mümkündür.


abş prezidenti israil və “hizbullah” arasında vəziyyətin nəzarət altında olduğunu bildirərək, tərəflərin qarşılıqlı hücumlardan çəkinmək barədə razılığa gəldiyini söyləyib.


tramp həmçinin israilin baş naziri benyamin netanyahu ilə əməkdaşlığı yüksək qiymətləndirərək, vaşinqtonun bölgədəki proseslərdə mühüm rol oynadığını vurğulayıb.

Baxış sayı: 3 228

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə