rusiya prezidenti vladimir putin ukrayna lideri volodimir zelenskinin ona ünvanlandığı açıq məktub barədə məlumatlandırılıb.
“arhd.media” tass-a istinadən xəbər verir ki, bu barədə rusiya liderinin mətbuat katibi dmitri peskov bildirib.
“ona məruzə edilib”, - kreml nümayəndəsi məsələ barədə sualı cavablandırarkən deyib.
xatırladaq ki, ötən gün v.zelenski rusiyalı həmkarına açıq məktub ünvanlayaraq, müharibəyə son qoymaq üçün birbaşa danışıqlara başlamağı təklif edib.






















