abş və israil arasında kəşfiyyat sahəsində gərginlik yaşandığına dair iddialar gündəmə gəlib. məlumata görə, abş müdafiə nazirliyi (pentaqon) israilin abş-yə qarşı casusluq fəaliyyətinin artmasından narahatdır.
“arhd.media” xəbər verir ki, bu barədə “nbc news” məlumat yayıb.
bildirilir ki, adı açıqlanmayan üç keçmiş abş rəsmisi pentaqon daxilində israilin kəşfiyyat fəaliyyəti ilə bağlı narahatlığın artdığını iddia edib.
iddialara görə, abş müdafiə nazirliyinin müdafiə kəşfiyyat idarəsi (dia) israilə qarşı əks-kəşfiyyat təhdid səviyyəsini ən yüksək – “kritik” səviyyəyə qaldırıb. bu qərar abş-israil-iran xəttində artan gərginlik və vaşinqtonun təhlükəsizlik qiymətləndirmələri çərçivəsində qəbul edilib.
mənbələrin iddiasına görə, yeni qiymətləndirmədə israilin abş daxilində siyasi və hərbi qərarvermə prosesləri barədə məlumat toplamağa çalışdığı, yüksəkvəzifəli rəsmilərin izlənməsinə dair fəaliyyətlərin də qeyd olunduğu bildirilir.
rəsmilər həmçinin israilin insan resursları və texniki kəşfiyyat imkanlarının müdafiə kəşfiyyat idarəsi (dia) tərəfindən “kritik səviyyədə” qiymətləndirildiyini iddia ediblər. sənəddə “abş-nin narahatlığını artıran bir sıra insidentlərə” istinad edildiyi qeyd olunur.
iddialarda israilin kəşfiyyat fəaliyyətinin “ənənəvi casusluq çərçivəsindən kənara çıxdığı” da vurğulanır.
ağ ev isə yayılan məlumatları rədd edərək, “bütün bu hesabatlar əsassızdır” bəyanatını verib. pentaqon isə məsələyə münasibət bildirməkdən imtina edib.
vaşinqtondakı israil səfirliyinin sözçüsü də ittihamları təkzib edərək, israilin abş-yə qarşı casusluq fəaliyyəti göstərməsi iddialarının “tamamilə əsassız” olduğunu bildirib.
“the new york times” nəşrinin məlumatına görə, iddia olunan kəşfiyyat fəaliyyətləri, əsasən, abş-nin iranla bağlı siyasəti və danışıqlar prosesinə yönəlib. bildirilir ki, hədəf kimi abş-nin yaxın şərq üzrə xüsusi nümayəndəsi stiv uitkoff, eləcə də, pentaqon rəsmiləri göstərilir.
eyni zamanda, bəzi keçmiş rəsmilər tramp administrasiyasında təhlükəsizlik məsələlərinin şəxsi cihazlar və qeyri-rəsmi kommunikasiya vasitələri üzərindən aparılmasının kəşfiyyat risklərini artırdığını iddia ediblər.























