“israil və iran azı bir həftə bir-birilərinə zərbələr endirməyəcəklər”.
“arhd.media” “guardian”a istinadən xəbər verir ki, bu barədə abş prezidenti donald tramp jurnalistlərə açıqlamasında bildirib.
“bizim (israilin baş naziri benyamin netanyahu ilə - red.) çox yaxşı söhbətimiz oldu. ona zərbə endirdilər, o da cavab verdi. onu buna görə günahlandıra bilmərəm. amma indi onlar bunu dayandırdılar. beləliklə, onlar bir həftə və ya təxminən o qədər müddət bir-birini rahat buraxacaqlar”, - dövlət başçısı deyib.
xatırladaq ki, iyunun 8-də iran və israil bir-birinə qarşılıqlı zərbələr endiriblər. hücumlar dayandırıldıqdan sonra israilin baş naziri benyamin netanyahu ölkəsinin irana qarşı genişmiqyaslı cavab zərbələrini hələlik təxirə saldığını elan edib.






















