abş kuba prezidenti migel dias-kanelin ələ keçirilərək ölkədən çıxarılması variantını da nəzərdən keçirir.
“arhd.media” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə pentaqon rəhbəri pit heqset jurnalistlərlə söhbətində deyib.
“bütün variantlar masa üzərindədir”- abş-nin müharibə naziri bildirib.
bununla belə, o, yekun qərarın abş prezidenti donald tramp tərəfindən veriləcəyini əlavə edib.
xatırladaq ki, yanvarın 3-ü abş hərbi qüvvələri venesuelanın paytaxtı karakasda və ətraf ştatlarda 11 strateji hədəfə genişmiqyaslı zərbələr endirib. əməliyyat nəticəsində prezident nikolas maduro xanımı siliya floreslə birlikdə ələ keçirilərək nyu-yorka aparılıb. sabiq venesuela liderinə qarşı narkoterrorizm və narkotik ticarəti ittihamları irəli sürülüb.























