“iranla müharibəni bu gün bitirdik”.
“arhd.media” xəbər verir ki, bunu abş prezidenti donald tramp ağ evdə keçirilən tədbirdə deyib.
tramp abş-nin iranla müharibəyə son qoyduğunu, tərəflərin nüvə silahı məsələsində razılığa gəldiyini deyib.
“eşidib-eşitmədiyinizi bilmirəm, amma bu gün iranla müharibəyə son qoyduq. onlar heç vaxt nüvə silahına sahib olmamaq barədə razılığa gəliblər”, – tramp bildirib.
prezidentin sözlərinə görə, razılaşmanın əsas məqsədi iranın nüvə silahı əldə etməsinin qarşısını almaq olub.
qeyd edək ki, tramp daha əvvəl iki tərəfin döyüşlərin dayandırılması üçün “çox güclü anlaşma memorandumu” üzərində razılığa gəldiyini bildirmişdi. o, həmçinin sosial şəbəkə hesabında abş-nin irana qarşı planlaşdırılan bəzi zərbələri dayandırdığını yazmışdı.
lakin iran tərəfi hələlik hər hansı razılaşmanı təsdiqləməyib.
abş prezidenti bildirib ki, saziş tam yekunlaşana qədər iran limanlarına çıxış və girişlə bağlı məhdudiyyətlər qüvvədə qalacaq.





















