“trampın razılaşması bizi öhdəlik altına salmır. israil abş-yə tabe deyil, biz müstəqil və suveren dövlətik”.


“arhd.media” xəbər verir ki, bu fikirləri israilin milli təhlükəsizlik naziri itamar ben-qvir “x” hesabındakı bəyanatında yazıb.


“israil vətəndaşlarına, israil ordusunun əsgərlərinə və yəhudi xalqına qarşı borcumuz, həmçinin minilliklər boyu sürgün və qətliamlara məruz qalmış yəhudilər qarşısındakı tarixi məsuliyyətimiz yəhudilərin təhlükəsizliyini təmin etməkdir.


hər dəfə israilin təhlükəsizliyi hesabına beynəlxalq təzyiqlərə boyun əydikdə, bunun əvəzini ağır şəkildə ödəmişik.


abş-ni sevirik və prezident donald trampa minnətdarıq. amma eyni zamanda israilin öz mənafeyi var.


mən bunu baş nazirə (red. baenyamin netanyahu) davamlı deyirəm və mühüm tarixi qərar anlarında qapalı görüşlərdə də təkrar edirəm: tarixi anlarda tarixi qərarlar verilməlidir.


mövqeyim aydındır: təhlükəsizliyimizi təmin etməyən bu razılaşmanın tərəfdarı deyilik və bu razılaşma bizimlə heç bir şəkildə bağlı deyil”.


o qeyd edib ki, israil hökuməti “hizbullah”ın silahsızlaşdırılmasından azına razı ola bilməz:


“döyüşçülərimizin nəzarətə götürdüyü ərazilərdən geri çəkilməməliyik. minlərlə silahlının yenidən şimal yaşayış məntəqələrinin sərhədlərinə qayıtdığı vəziyyətə dönməməliyik. və əlbəttə, israilə edilən heç bir atəşə susmamalıyıq.


livandan israilə doğru hər bir dron, pua və ya raket buraxılışı israilin cavab zərbəsi ilə nəticələnəcək”.

Baxış sayı: 3 162

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə