“tehran müqavilənin şərtlərinə əməl etməsə, abş irana qarşı zərbələri bərpa edə və dəniz blokadasını yenidən tətbiq edə bilər”.
“arhd.media” xəbər verir ki, bu sözləri abş-nin vitse-prezidenti ceyms di vens deyib.
“bütün üstünlüklər bizim əlimizdədir. onlar razılaşmalara əməl etməsələr, hansı addımları atacağımıza özümüz qərar verəcəyik”, - o qeyd edib.
vens həmçinin vurğulayıb ki, abş-iran razılaşması vaşinqton tərəfindən tehrana pul vəsaitlərinin ayrılmasını nəzərdə tutmur: “bununla belə, digər ölkələrin islam respublikasının iqtisadiyyatına investisiya qoyması mümkündür. razılaşmada qeyd olunur ki, onlar abş-dən bir qəpik də almayacaqlar. iranlılar sazişin şərtlərinə əməl etsələr, biz başqa ölkələrə onların ölkəsinə investisiya yatırmağı təklif edəcəyik. lakin bu, yalnız razılaşmanın şərtlərinə riayət olunduğu təqdirdə mümkün olacaq”.























