iranın ali rəhbəri müctəba xameneinin hərbi müşaviri və inqilab keşikçiləri korpusunun keçmiş komandanı möhsün rzayi müharibənin başa çatdırılması ilə bağlı mümkün razılaşmalara dair sərt xəbərdarlıq edib.
“arhd.media”nın məlumatına görə, rzayi dövlət televiziyasına açıqlamasında bildirib ki, müharibəni bitirəcək heç bir razılaşmada hörmüz boğazı üzərində iranın təsir imkanları və ölkənin regiondakı mövqeyi zəiflədilməməlidir.
onun sözlərinə görə, müharibə elə başa çatmalıdır ki, iranın çəkindirici hərbi gücü qarşıdakı 50 il ərzində də qorunsun.
rzayi bunun iranın regional təsirini və hörmüz boğazı üzərindəki nəzarətini məhdudlaşdıracaq istənilən razılaşmaya qarşı yüksəkrütbəli hərbi dairələrin mövqeyini əks etdirdiyini vurğulayıb.
möhsün rzayi həmçinin abş-ni müharibədə “məğlub cinayətkar” adlandıraraq, istənilən səhv addımın daha sərt cavabla qarşılanacağını bildirib.
“silahlı qüvvələrimiz düşmənin hər hansı səhvinə qat-qat sərt cavab verir”, – deyə o əlavə edib.






















