nikol paşinyanın baş nazir seçildiyi 2018-ci ilin mayından indiyədək ermənistanın dövlət borcu 110,6% artıb.
“arhd.media” xəbər verir ki, bu barədə tass ermənistanın statistika komitəsinin məlumatlarına istinadən məlumat yayıb.
bildirilib ki, 2018-ci il aprelin 30-na ermənistanın dövlət borcu 6,87 milyard dollar (təxminən 11,679 milyard azn), 2026-cı il aprelin 30-na isə 14,46 milyard dollar (təxminən 24,582 milyard azn) təşkil edib.
məlumatlara görə, 8 il ərzində daxili borcun kəskin artımı müşahidə olunub. belə ki, borc 1,26 milyard dollardan (təxminən 2,142 milyard azn) 7,15 milyard dollara (təxminən 12,155 milyard azn) çatıb, yəni 467,1% artıb. eyni dövrdə xarici borc 5,49 milyard dollardan (təxminən 9,333 milyard azn) 6,68 milyard dollara (təxminən 11,356 milyard azn) yüksəlib, yəni 21,6% artıb.
statistika komitəsinin məlumatlarına görə, 2026-cı il aprelin 1-nə ermənistanın daimi əhalisi təxminən 3,1 milyon nəfər təşkil edib. bu o deməkdir ki, ermənistanın hər bir sakini hazırda təxminən 4665 dollar (təxminən 7930 azn) borcludur, 2018-ci ilin aprelində isə bu göstərici 2312 dollar (təxminən 3,930 azn) təşkil edib.





















