“qətərdə bloklanmış 6 milyard dollar irana qaytarılacaq”.
“arhd.media” xəbər verir ki, iran prezidenti məsud pezeşkian tehranda keçirilən 33-cü pul və bankçılıq siyasəti simpoziumunda çıxışı zamanı bildirib.
pezeşkian qeyd edilib ki, vaşinqtonla əldə olunan razılaşmanın şərtləri iranın maraqlarına uyğundur.
“bu gün danışıqlar prosesinin başlaması ilə qətərdə bloklanmış 6 milyard dollarımız geri qaytarılacaq”, – deyə iran prezidenti vurğulayıb.
o qeyd edib ki, abş-nin əsas tələbi iranın nüvə silahına sahib olmamasıdır.
pezeşkian bildirib ki, bu məsələ ölkə rəhbərliyi tərəfindən dəfələrlə açıqlanıb və iran nüvə bombası əldə etməyi hədəfləmir.
qeyd edək ki, abş-nin tətbiq etdiyi sanksiyalar səbəbindən iranın neft satışından əldə etdiyi vəsaitlərin bir hissəsi xarici banklarda, o cümlədən, qətərdə bloklanıb. tehran administrasiyası danışıqlarda sanksiyaların yumşaldılması və həmin vəsaitlərin azad edilməsini əsas tələblərdən biri kimi irəli sürür.























