İranda keçmiş Ali lider Əli Xameneinin dəfn mərasimi ilə əlaqədar 4–9 iyul tarixləri arasında Tehran və Məşhəd hava limanlarında uçuşlar məhdudlaşdırılacaq.


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə İran Mülki Aviasiya İdarəsi məlumat yayıb.


Bildirilib ki, bu müddət ərzində Tehran şəhərində yerləşən İmam Xomeyni və Mehrabad hava limanlarında uçuş rejimi mərhələli şəkildə məhdudlaşdırılacaq, Məşhəd hava limanında isə 9 iyulda uçuşlar tam dayandırılacaq.


Qeyd edilib ki, 6 iyul tarixində Tehran hava limanlarında məhdudiyyətlər daha da sərtləşdiriləcək.


Xatırladaq ki, dəfn mərasiminin 4–5 iyulda Tehranda İmam Xomeyni Musalla məscidində, 6 iyulda yenidən Tehranda, 7 iyulda Qumda, 9 iyulda isə Məşhəddə keçirilməsi planlaşdırılır. Mərasimlərdən sonra Xameneinin Məşhəddəki İmam Rza ziyarətgahında dəfn olunacağı bildirilir.

Baxış sayı: 2 885

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə